Rəsmi satış nöqtələri

Anar Beauty: Haradan
ala bilərəm?

Ölkəni seç — mağaza, sürətli çatdırılma və onlayn sifariş imkanlarını bir baxışda göstərək.

Ölkəni seç

  • Orijinal məhsul
  • 39 ölkəyə çatdırılma
  • Bakıda eyni gün
Anar Beauty Lip Oil Gloss — Lychee
Lip Oil Gloss Lychee3D dolğunluq effekti · nəmləndirici · parıltı

Sənə uyğun üsulu seç

Ölkəni seç — çatdırılmanı yoxlayaq

Yuxarıdan ölkəni seç — burada sənə uyğun bütün alış yolları görünəcək.

Məhsullar

Anar Beauty kolleksiyası

Bu məhsulların hamısını yuxarıdakı rəsmi satış nöqtələrindən əldə edə bilərsən.

Anar Beauty Lip Oil Gloss dodaq parıldadıcısı

Dodaq

Lip Oil Gloss

3D dolğunluq effekti verən, nəmləndirən dodaq parıldadıcısı. 6 ton, 8 ml.

Harada almaq olar
Anar Beauty BB krem SPF30 tonal krem

Üz

BB Krem SPF30

Tonal krem effekti verən yüksək örtücülük və SPF30 günəş qoruması bir arada. Light, Medium, Dark, 30 ml.

Harada almaq olar
Anar Beauty Super Brow Styling Wax qaş vaksı

Qaş

Super Brow Styling Wax

Qaşları gün boyu sabit saxlayır, ağ iz qoymur. Şəffaf formul, 15 ml.

Harada almaq olar
Anar Beauty Paris Glow Strobe Cream işıltı verən baza

Üz

Paris Glow Strobe Cream

İşıltı verən rəngli nəmləndirici baza — makiyajın altına və ya tək istifadə üçün.

Harada almaq olar
Anar Beauty 18 Royal Shades of Seduction göz kölgəsi paleti

Göz

18 Royal Shades of Seduction

18 isti və parıltılı tondan ibarət göz kölgəsi paleti — gündüz və axşam obrazları üçün.

Harada almaq olar
Anar Beauty BB krem, lip gloss və palet setləri

Set

Setlər

BB Krem + Lip Oil Gloss ikili setləri və 18 tonluq paletlə üçlü setlər.

Harada almaq olar

Suallar

Tez-tez verilən suallar

Kömək lazımdır?

Bizə yaz — ton seçimində və sifarişdə məsləhət verək.

Məhsullar orijinaldır?

Bəli. Bu səhifədə göstərilən bütün mağaza və platformalar Anar Beauty-nin rəsmi satış nöqtələridir. Orijinal məhsul üçün yalnız bu ünvanlardan alış-veriş etməyi tövsiyə edirik.

Ən sürətli çatdırılma hansıdır?

Bakıdasansa, Wolt ilə sifariş elə həmin gün çatdırılır. Birmarket Bakıya adətən ertəsi gün, bölgələrə isə bir neçə gün ərzində çatdırır. Trendyol-da çatdırılma müddəti sifariş zamanı səbətdə göstərilir.

BB Krem tonumu necə seçim?

BB Krem üç tonda təqdim olunur: Light, Medium və Dark. Əmin deyilsənsə, MIUM mağazasında məhsulu canlı gör və ya bizə gün işığında çəkilmiş foto göndər — tonunu seçməyə kömək edək.

Qiymətlər hər yerdə eynidir?

Hər platformanın öz kampaniya və endirimləri ola bilər. Ən aktual qiyməti platformanın öz səhifəsində görəcəksən.

Ölkəmə çatdırılma yoxdursa, nə edim?

Bizə WhatsApp və ya Instagram-dan yaz — birlikdə ən uyğun yolu tapaq. Trendyol-un çatdırdığı ölkələrin siyahısı da daim genişlənir.

Sifarişimlə bağlı problem olsa, kimə müraciət edim?

Onlayn sifarişlərdə çatdırılma, ödəniş və qaytarma sifariş verdiyin platformanın (Wolt, Birmarket, Trendyol) qaydaları ilə həyata keçirilir. Əvvəlcə platformanın dəstək xidmətinə, lazım olsa, bizə də yaza bilərsən.

Anar Beauty qiymətləri nə qədərdir?

Qiymətlər satış nöqtəsinə və cari kampaniyalara görə dəyişir. Ən aktual qiymətləri Trendyol, Birmarket və Wolt səhifələrində görə bilərsən — yuxarıdan ölkəni seç və uyğun platformaya keç.

Anar Beauty kimin brendidir?

Anar Beauty — tanınmış makiyaj ustası Anar Ağakişiyevin yaratdığı kosmetika brendidir. Kolleksiyaya Lip Oil Gloss, BB krem SPF30, qaş vaksı, Paris Glow və göz kölgəsi paletləri daxildir.